"Bavariya"nın hücumçusu Tomas Müller ilk dəfə Münhen komandasından mümkün gedişlə bağlı danışıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, daha əvvəl mətbuatda 33 yaşlı futbolçunun 2007-ci ildən çıxış etdiyi klubu tərk edə biləcəyi ilə bağlı məlumatlar yayılıb.
“Bu həftə rəhbərliklə söhbətimiz müsbət oldu. Biz hər zaman bu barədə danışırıq. Əslində hər şey göründüyü qədər dramatik deyil. 2019-cu ildə həqiqətən ayrılmaq istədiyimi söylədim? Bəli, amma sonra tamamilə fərqli bir vəziyyət idi. Getmək fikrim yoxdur. Biz titul üçün mübarizə aparırıq, ürəyim qırmızıdan da qırmızıdır”, - Müller deyib.
Futbolçu “Bavariya” ilə birlikdə 11 dəfə Almaniya çempionu, iki dəfə Çempionlar Liqasının qalibi olub. O, həm də Almaniya millisi ilə 2014-cü ildə dünya çempionudur.