İkardinin arvadında ağır xəstəlik  tapıldı
15 iyul 2023 09:39 (UTC +04:00)

İkardinin arvadında ağır xəstəlik tapıldı

Argentinalı futbolçu Mauro İkardinin agenti və yarımştat həyat yoldaşı Vanda Nara xəstəxanaya yerləşdirilib.

Lent.az xarici mediaya istinadla bildirir ki, qadın çərşənbə günü axşam şiddətli qarın ağrısı şikayəti ilə tibb mərkəzinə müraciət edib. Buenos-Ayresdəki özəl xəstəxanada ona leykemiya diaqnozu qoyulub. İkardi həyat yoldaşını İtaliyada müalicə etmək niyyətindədir.

Leykemiya, qanyaradıcı sistemin hüceyrələrində bədxassəli dəyişikliklərin baş verdiyi bir xəstəlikdir.

Yanvar ayında Vanda və İkardinin ailəsində qalmaqal yaşanıb. “Spartak”ın futbolçusu Keyta Baldenin Vanda ilə cinsi əlaqədə olması barədə məlumatlar yayılmışdı.

Mətbuatda Naranın “Spartak”ın təlim-məşq toplanışlarının keçirildiyi Dubaya uçduğu və Balde ilə eyni oteldə qaldığı bildirilirdi.

İkardi həyat yoldaşının sədaqətinə dəfələrlə şübhə edirdi. “İnter”də oynayanda Baldedən şübhələnirdi. Argentinalı hesab edir ki, həmkarı həyat yoldaşına yazıb və şəkillərini göndərib. İkardinin Nara ilə münasibəti daim ictimaiyyətə açıqlanır.

İkardi ötən ili “Qalatasaray”da icarə əsasında keçirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2637
avatar

Oxşar yazılar