“İdman TV” “Qarabağ”ın oyununun yayımını bərpa edib.
Lent.az xəbər verir ki, oyunun 68-ci dəqiqəsindən matç yayımlanıb.
***
Saat 23:12
"İdman TV" "Olimpiya" - "Qarabağ" matçının Azərbaycanda yayımlanmaması ilə bağlı açıqlama verib.
Lent.az xəbər verir ki, bu barədə kanalın "Facebook" səhifəsində paylaşım edilib.
"Əziz izləyicilər, texniki xəta səbəbilə "Olimpiya" - "Qarabağ" matçını yayımlaya bilmirik. Lyublyanadan yayımın ötürülməsində ciddi problem ortaya çıxdı. Baş verən hadisədən dolayı təəssüflənirik. Diqqətiniz üçün təşəkkür edirik!", - deyə qeyd olunub.
***
Saat 23:01
"Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda Sloveniyanın "Olimpiya" klubu ilə qarşılaşması Azərbaycanda yayımlanmayıb.
Lent.az xəbər verir ki, bu barədə klub "Facebook" səhifəsində paylaşım edib.
"Hörmətli azarkeşlər, "Olimpiya” - “Qarabağ” qarşılaşmasının yayım hüququnun öhdəliyini “İdman Azərbaycan” kanalı öz üzərinə götürüb. Lakin texniki səbəblərdən “İdman Azərbaycan” bu oyunu canlı yayımlaya bilmir.
Yayımla bağlı məsuliyyəti birbaşa “İdman Azərbaycan” kanalı daşıyır", - deyə məlumatda vurğulanıb.