İbrahimoviçə Rusiya  vətəndaşlığı   təklif edilib
07 iyul 2023 18:19 (UTC +04:00)

İbrahimoviçə Rusiya vətəndaşlığı təklif edilib

Rusiyanın keçmiş idman naziri Vitali Mutko isveçli hücumçu Zlatan İbrahimoviçin Rusiya pasportu, Joze Mourinyonun isə ölkə millisinin baş məşqçisi olması üçün müraciət etməsi ilə bağlı xatirələrini bölüşüb.

“Yadımdadır, Rostovda “Mançester Yunayted” oynayanda Mourinyo məşqçi kimi gəlmişdi. Oyundan sonra içəri girdim və iki təklif etdim. Biri Mourinyo üçün, biri İbrahimoviç üçün. Təmiz ingilis dilində İbrahimoviçə dedim: “Rusiya vətəndaşı olmaq istəyirsən? Biz sizə pasport verərik”. Mourinyo isə dedim ki, gələcəkdə Rusiyada baş məşqçi ola bilər”, -  Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, 64 yaşlı siyasətçi “Comment.Show” “YouTube” kanalında bildirib.

Əlavə edək ki, 2022/2023 mövsümünün sonunda "Milan"da çıxış edən İbrahimoviç peşəkar karyerasını başa vurub. Mourinyo hazırda "Roma"nın baş məşqçisidir.

“Rostov” 2017-ci ildə Avropa Liqasının pley-off mərhələsində evdə “Mançester Yunayted”lə qarşılaşıb (0:1). Həmin vaxt 41 yaşlı isveçli mankunianlıların hücumçusu, portuqaliyalı mütəxəssis isə “qırmızı şeytanlar”ın baş məşqçisi idi.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2757
avatar

Oxşar yazılar