İsveç millisinin keçmiş hücumçusu Zlatan İbrahimoviç "Milan"ın sahibi Cerri Kardinale ilə görüşüb, kluba mümkün qayıdışını müzakirə edib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, ötən mövsümün sonunda karyerasını başa vuran 41 yaşlı isveçli ötən həftə Kardinale ilə görüşüb və o, Zlatanın kluba qayıtmaq istəyini təsdiqləyib.
Qeyd olunur ki, hazırda isveçli üçün ən çox ehtimal olunan variant ona baş məşqçi Stefano Pioli ilə yaxından işləməyə imkan verən mövqedir - məsələn, komandanın meneceri.