Həsrət Cəfərov bürünc medal qazandı
08 avqust 2024 23:29 (UTC +04:00)

Həsrət Cəfərov bürünc medal qazandı

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının bürünc medalını qazanıb.

Lent.az xəbər verir ki, 67 kq çəki dərəcəsində yer alan təmsilçimiz bürünc medal uğrunda görüşdə qırğızıstanlı Amantur İsmayılovla üz-üzə gəlib.

Rəqibinə qalib gələn Həsrət fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.

Qeyd edək ki, bu, güləşçilərimizin Olimpiadada ilk medalı olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 483
avatar

Oxşar yazılar