“Hər şeyi  özüm üçün etsəydim...”   - İbrahimoviç
10 fevral 2023 01:41 (UTC +04:00)

“Hər şeyi özüm üçün etsəydim...” - İbrahimoviç

İtaliyanın "Milan" klubunun hücumçusu Zlatan İbrahimoviç 41 yaşında karyerasını davam etdirmək üçün stimul açıqlayıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, futbolçu öz təcrübəsini başqaları ilə bölüşmək və komandasının qələbə qazanmasına kömək etmək istədiyini bildirib: “Mən zirvədəyəm. Başqalarına diqqət yetirmək istəyirəm, mən özüm üçün deyil, onlar üçün buradayam. Hər şeyi özüm üçün etsəydim, artıq adada siqar çəkərdim”.

İbrahimoviç 2020-ci ildə "Milan"a keçib. Onun komanda ilə müqaviləsi 2023-cü ilin yayında başa çatır. İsveçli klubla birlikdə İtaliya çempionu adını qazanıb.

Hücumçu "Ayaks", "İnter", "Yuventus", "Barselona", "Mançester Yunayted" və PSJ-də oynaması ilə tanınır. Onun hesabına İsveç millisində 62 qol var. O, milli komandanın tarixində ən çox qol vuran futbolçudur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1704
avatar

Oxşar yazılar