PSJ-nin hücumçusu Neymarın keçmiş sevgilisi Soraya Vuçeliç İstanbulda səfərdə olub.
Apasport.az saytının məlumatına görə, serbiyalı model “Gossipmag” tədbiri üçün yollandığı Türkiyəyə heyran qalıb.
Saysız-hesabsız estetik əməliyyat olunması ilə tanınan Vuçeliç “İlin ən yaxşı beynəlxalq simvolu” mükafatına layiq görülüb. O, açıqlamasında İstanbulun tarixi yerlərini gəzdiyini bildirib: “Türkiyə çox gözəldir. İstanbula heyran qaldım. Buranın yeməklərini və insanlarının qonaqpərvərliyini unutmayacağam”.
Qeyd edək ki, Neymarın vaxtilə “Skype” ilə söhbətləşdiyi Soraya Vuçeliç üçün xüsusi təyyarə göndərməsi uzun müddət müzakirə mövzusu olmuşdu.