"Tottenhem"in 29 yaşlı hücumçusu Harri Keyn 19-cu turun oyununda “Kristal Pelas”a (4:0) qol vurmaqla Premyer Liqada ilk 300 oyunda ən çox qol vuran Alan Şirerin rekordunu qırıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Keyn 198 qol vurub. Şirer ilk 300 oyunda 196 qol vurub. Üçüncü yerdə 151 qolla ingilis Endi Koul qərarlaşıb.
Alan Şirer
Harri Keyn "Tottenhem"in heyətində bütün yarışlarda 264 qol vurub.