Gürcü futbolçu Şirer, Platini, Ronaldo və Beylin nailiyyətlərini təkrarladı
27 iyun 2024 12:27 (UTC +04:00)

Gürcü futbolçu Şirer, Platini, Ronaldo və Beylin nailiyyətlərini təkrarladı

Gürcüstan millisi Avropa çempionatının qrup mərhələsinin 3-cü turunda Portuqaliyanı sensasion şəkildə məğlub edərək (2:0) turnirin pley-off mərhələsinə yüksəlib.

Lent.az xarici mediaya istinadən bildirir ki,  Gürcüstan komandasının və bütün çempionatın əsas bombardiri hazırkı turnirdə komandanın hər oyununda fərqlənməyi bacaran Corc Mekautadzedir.

Məlumata görə, Mikautadze Avropa çempionatının qrup mərhələsində komandasının hər oyununda ən azı bir qol vurmağı bacaran tarixdə 9-cu futbolçu olub.

Gürcüdən əvvəl Mişel Platini (1984), Alan Şirer (1996), Xristo Stoiçkov (1996), Savo Miloşeviç (2000), Milan Baroş (2004), Ruud van Nistelroy (2004), Qaret Beyl (2016) və Kriştiano Ronaldo (2021) bunu edib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2007
avatar

Oxşar yazılar