Daha əvvəl “Real”da çıxış etmiş “Mançester Yunayted”in 31 yaşlı braziliyalı futbolçusu Kazemiro Lionel Messi haqda fikirlərini bölüşüb.
“O, bir dövr yaratdı, bunu inkar etmək olmaz. Mənin “Barselona”ya və ya Argentina millisinə qarşı oynadığım zaman o, həmişə xüsusi rəqib olub. Qaçmaq mümkün deyildi. Futbolu sevənlər Messini sevməyə bilməzlər. O, heyran olmağa layiqdir”, - Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Kazemiro deyib.
Xatırladaq ki, 2022-ci ilin sonunda Messi Argentina millisi ilə birlikdə dünya çempionu olub.
Bu ilin yayında daha əvvəl PSJ-də çıxış edən 36 yaşlı hücumçu Amerikanın "İnter Mayami" klubuna keçdiyini açıqlayıb.