Meksikada Boliviya millisinin keçmiş futbolçusu Serxio Xaureqi həvəskarlar arasında yoldaşlıq oyunu zamanı meydançada güllələnib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Xaureqi "Atletiko San-Luis Rey"də çıxış edib. Kuautlada keçirilən oyun zamanı 38 yaşlı oyunçu su içmək üçün kənara çəkilib. Bu zaman naməlum şəxs onun yanında peyda olub və futbolçuya 6 dəfə atəş açıb və motosikletlə hadisə yerindən qaçıb. Hadisə yerinə təcili yardım çağırılıb, lakin onlar Xaureqinin həyatını xilas edə bilməyiblər.
Xaureqi Boliviya millisində 13 oyun keçirib və 2012-ci ildə peşəkar futbolçu karyerasını başa vurub.