Futbolçu komanda yoldaşını cinsi əlaqəyə məcbur edib
14 iyul 2023 05:30 (UTC +04:00)

Futbolçu komanda yoldaşını cinsi əlaqəyə məcbur edib

Fransanın "Monako" klubunun hücumçusu Vissam Ben Yedder cinsi təcavüzdə ittiham olunur.

Lent.az xəbər verir ki, bu barədə “France Info” məlumat yayıb.

Nəşrin məlumatına görə, 19 və 20 yaşlı iki qız futbolçunu və başqa bir kişini cinsi əlaqəyə məcbur etməkdə ittiham edib.

Qeyd olunur ki, bu, iyulun 10-da Monako yaxınlığında baş verib. İkinci şübhəlinin Ben Yedderin qardaşı olduğu güman edilir. Hər iki şübhəli hələ də nəzarətə götürülməyib.

Ben Yedder ötən mövsüm 32 liqa oyununda iştirak edib, 19 qol vurub və 6 məhsuldar ötürmə edib. 32 yaşlı futbolçunun bazar dəyəri 15 milyon avro qiymətləndirilir.Onun "Monako" ilə müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2454
avatar

Oxşar yazılar