Moskva “Dinamo”sunda futbol üzrə ikiqat SSRİ çempionu Valeri Urin vəfat edib.
Lent.az Rusiya KİV-nə istinadla bildirir ki, bu barədə klubun saytı məlumat yayıb.
Urin yanvarın 23-də səhər saatlarında 88 yaşında vəfat edib. “Dinamo” komandasının sabiq futbolçusunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Urin 1955-1961-ci illərdə "Dinamo"da çıxış edib. Ümumilikdə o, komandanın heyətində 72 oyun keçirib və 20 qol vurub. Hücumçu iki dəfə SSRİ çempionu olub, eyni zamanda ölkə çempionatının gümüş və bürünc medallarını qazanıb.
Urin Moskva təmsilçisindən başqa, Kirovun “Dinamo”, Minskin “Belarus, Riqanın “Dauqava”, Zaporojyenin “Metallurq” və “Ximik Salavat”da çıxış edib. SSRİ yığmasının heyətində də iki oyun keçirib.
Urin 1970-ci ildə Mahaçqalanın "Dinamo", 1971-1972-ci illərdə isə Krasnoyarskın "Avtomobilist" klubunu çalışdırıb.