“Formula-1”: Əsas yarışla Azərbaycan Qran-prisi yekunlaşacaq
12 iyun 2022 00:45 (UTC +04:00)

“Formula-1”: Əsas yarışla Azərbaycan Qran-prisi yekunlaşacaq

Bu gün “Formula-1” üzrə Azərbaycan Qran-prisinə yekun vurulacaq.

Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, yarışın üçüncü günündə ölkəmizdə altıncı dəfə keçirilən turnirin 8-ci mərhələsinin qalibinin adına aydınlıq gələcək.

Qran-priyədək “Formula-2”də sonuncu yarış təşkil olunacaq. Bundan sonra əsas mübarizəyə hazırlıq başlayacaq. Bunun ardından Azərbaycan himni səslənəcək. Saat 15:00-da Qran-prinin startı veriləcək. Təxminən 2 saatlıq yarışın ardınca mərhələ qaliblərinin mükafatlandırılması nəzərdə tutulub.

Azərbaycan Qran-prisi
12 iyun

11:05-12:10. “Formula-2”. Yarış
14:44-14:46. Dövlət Himni mərasimi
15:00-17:00. “FORMULA-1”. Azərbaycan Qran-prisi

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1614
avatar

Oxşar yazılar