Beynəlxalq Futbol Federasiyası (FİFA) ilk dəfə Səudiyyə Ərəbistanından olan qadını beynəlxalq dərəcəli hakim təyin edib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu status 34 yaşlı Anud Əl-Əsməriyə verilib. O, etiraf edib ki, beynəlxalq kateqoriyanın hakimləri arasında olmaqdan xoşbəxtdir. Əl-Əsməri kişilərdən ibarət komanda oyununda işləməyə hazır olub-olmadığı sualını da cavablandırıb. O deyib ki, təyinat Səudiyyə Futbol Assosiasiyası tərəfindən təsdiqlənənə qədər bu barədə düşünmək istəmir.
Əl-Əsməri hakimlik karyerasına 2018-ci ildə başlayıb. O, 2019-cu ildə əsası qoyulan Səudiyyə Ərəbistanının qadınlardan ibarət yığmasında əvvəllər bir sıra oyunların hakimi olub.