FHN-in kişilərdən ibarət voleybol və stolüstü tennis komandaları çempion olub
05 mart 2024 15:56 (UTC +04:00)

FHN-in kişilərdən ibarət voleybol və stolüstü tennis komandaları çempion olub

28 fevral - 5 mart tarixlərində Azərbaycanın Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 5 mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar "İdman həftəsi" çərçivəsində dövlət qurumlarının əməkdaşları arasında bir sıra silsilə idman yarışları keçirilib.

Lent.az FHN-ə istinadən xəbər verir ki, martın 1-2-də Gənclər və İdman Nazirliyi, Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə "Şüa" İdman Kompleksində dövlət qurumlarının əməkdaşları (qadınlar və kişilər) arasında stolüstü tennis yarışı keçirilib.

Olimpiya sistemi üzrə keçirilən yarışda 21 qurumdan 17 kişi, 43 qadın mübarizə apararaq öz bacarıqlarını göstəriblər. Turnirdə iştirak edən Fövqəladə Hallar Nazirliyinin 3 nəfərdən ibarət stolüstü tennis üzrə yığma komandası əzmkar mübarizə apararaq yüksək nəticələr əldə etməyi bacarıb. Belə ki, iki gün davam edən yarışda FHN-in stolüstü tennis üzrə komandası yarımfinal oyununda Dövlət Gömrük Komitəsinə 3:1 hesab ilə qalib gələrək finala vəsiqə qazanıb. Finalda isə FHN-in komandası SOCAR-ın komandasına eyni hesabla qalib gələrək yarışın qızıl medalının sahibi olub. Yekun nəticələrə görə kişilər arasında Fövqəladə Hallar Nazirliyinin komandası birinci, SOCAR komandası ikinci, Dövlət Gömrük Komitəsinin komandası isə üçüncü yeri tutub.

Qaliblər Gənclər və İdman Nazirliyinin təsis etdiyi diplom və medal ilə təltif olunublar.

“İdman həftəsi” çərçivəsində martın 3-də Voleybol Mərkəzində Gənclər və İdman Nazirliyi, Azərbaycan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları (kişilər və qadınlar) arasında voleybol yarışı keçirilib. Yarışda ümumilikdə 9 dövlət qurumundan 14 komanda (8 kişi, 6 qadın) mübarizə aparıb.

Olimpiya sistemi üzrə keçirilən yarışda komandalar əzmkar mübarizə apararaq öz bacarıqlarını nümayiş etdiriblər. Yarışda 10 idmançı və 3 məşqçi ilə iştirak edən Fövqəladə Hallar Naziliyinin kişilərdən ibarət voleybol üzrə yığma komandası yüksək nailiyyət əldə etməyi bacarıb. Belə ki, FHN-in komandası yarımfinal görüşündə AZAL-ın komandasına 2:0 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb. Finalda isə SOCAR-ın komandasını 2:1 hesabı ilə məğlub edərək ilk dəfə olaraq çempion adını qazanıb.

Qaliblər Gənclər və İdman Nazirliyinin diplom və medalı ilə təltif olunublar.

5 mart 2024-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev yarışlarda uğur əldə etmiş əməkdaşlarla görüşərək onları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.

FHN-in kişilərdən ibarət voleybol və stolüstü tennis komandaları çempion olub

FHN-in kişilərdən ibarət voleybol və stolüstü tennis komandaları çempion olub

FHN-in kişilərdən ibarət voleybol və stolüstü tennis komandaları çempion olub

FHN-in kişilərdən ibarət voleybol və stolüstü tennis komandaları çempion olub

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3198
avatar

Oxşar yazılar