FHN-in əməkdaşı Avropa çempionatının qalibi olub
13 iyun 2024 15:59 (UTC +04:00)

FHN-in əməkdaşı Avropa çempionatının qalibi olub

İyunun 6-10-da Bosniya və Herseqovinanın Sarayevo şəhərində Beynəlxalq Cüdo Federasiyasının təşkilatçılğı ilə veteran cüdoçular arasında Avropa çempionatı keçirilib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, turnirdə Avropanın 35 müxtəlif ölkəsindən 800-ə yaxın idmançı iştirak edərək əzmkar mübarizə aparıb. Çempionatda çıxış edən veteranlardan ibarət Azərbaycan cüdo milli yığma komandasının üzvü və FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşı, daxili xidmət baş çavuşu Vüqar Babayev -66kq çəki dərəcəsində 3 döyüş keçirib bütün rəqiblərinə qalib gələrək çempionatın qızıl medalının sahibi olub.

Qeyd edək ki, Vüqar Babayev cüdo üzrə üçqat dünya, dördqat Avropa, beynəlxalq turnirlərin qalibi və mükafatçısıdır.

13 iyun 2024-cü il tarixində FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev idmançı ilə görüşərək qazandığı qələbəyə görə təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb.

FHN-in əməkdaşı Avropa çempionatının qalibi olub

FHN-in əməkdaşı Avropa çempionatının qalibi olub

FHN-in əməkdaşı Avropa çempionatının qalibi olub

FHN-in əməkdaşı Avropa çempionatının qalibi olub

FHN-in əməkdaşı Avropa çempionatının qalibi olub

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1848
avatar

Oxşar yazılar