Noyabrın 6-da Gənclər və İdman Nazirliyi, Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə Bakı Atıcılıq Mərkəzində dövlət qurumlarının əməkdaşları arasında güllə atıcılığı idman növü üzrə yarış keçirilib.
Bu barədə Lent.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yarışda 36 dövlət qurumundan 65 kişi, 49 qadın əməkdaş əzmkar mübarizə apararaq öz qüvvəsini sınayıb.
Yarışda iştirak edən FHN-in atıcılıq üzrə komandasının əməkdaşı yüksək nəticə əldə etməyi bacarıb.
Belə ki, qadınlar arasında güllə atıcılığı yarışında FHN-in İdman-sağlamlıq klubunun əməkdaşı Aynur Məmmədova 10 metr məsafədən 10 atəş üzrə 81 xal toplayaraq yarışın gümüş medalına sahib olub.
Qaliblər Gənclər və İdman Nazirliyinin diplom və medalı ilə mükafatlandırılıblar.