Müdafiəçi Aleksandr Djiku “Fənərbaxça” ilə müqavilə imzalayıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, 28 yaşlı qanalı ilə müqavilə 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Jiku 2019-cu ildən “Strasburq”da oynayır. Keçən mövsüm o, Fransa çempionatında 31 oyun keçirib, bir qol vurub və iki məhsuldar ötürmə edib.