XXI əsrin ən yaxşı futbol hakimlərinin siyahısı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən tərtib olunan cədvəldə 2001-20-ci illərin ən yaxşı ədalət təmsilçiləri yer alıb.
Siyahıya almaniyalı Feliks Brix başçılıq edir. Onun aktivində 141 xal var.
Türkiyəli Cüneyt Çakır ikinci yerdədir. O, Brixdən yalnız 1 xal geri qalır. İlk “üçlüy”ü ingiltərəli Hovard Uebb qapayır – 137 xal.
Markus Merk (Almaniya, 135), Byorn Kuypers (Niderland, 133), Nikola Rizzoli (İtaliya, 131), Oskar Yulian Ruis (Kolumbiya, 104), Massimo Buzakka (İsveçrə, 96), Xorxe Luis Larrionda (Uruqvay, 96) və Lüboş Mihel (Slovakiya, 96) da ən yaxşı 10 hakim sırasında qərarlaşıb.
Qeyd edək ki, cədvəldə ümumilikdə 20 referi yer alıb.