Ən gənc şahmatçı  bəlli oldu
02 yanvar 2024 18:45 (UTC +04:00)

Ən gənc şahmatçı bəlli oldu

Ukrayna şahmatçısı İqor Samunenkov dünyanın ən gənc fəaliyyət göstərən qrossmeysteri olub. FİDE-nin qərarı ilə 14 yaşlı kiyevli qrossmeyster adına layiq görülüb.

Lent.az Urkayna mediasına istinadla bildirir ki, 2023-cü ildə o, üç turnirdə normanı yerinə yetirib: 2023-cü ildə Sloveniyada keçirilən Avropa çempionatı, Macarıstanda keçirilən Vezerkepzo Summer GM 2023 və Polşada keçirilən Polşa Ekstraliqası.

Samunenkov özündən dörd ay böyük olan amerikalı Abcimaniya Mişraya qalib gəlib. 2021-ci ildə Mişra 12 yaş, 4 ay və 25 gündə şahmat tarixində ən gənc qrossmeyster olmaqla rekorda imza atıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4431
avatar

Oxşar yazılar