“Əl-Nasr” “Mançester Yunayted”in müdafiəçisi Aleks Telleslə maraqlanır.
Lent.az xarici mediaya istinadla bildirir ki, “Əl-Nəsr” Əhməd Musaya olan borcuna görə Səudiyyə klubuna qoyulan transfer qadağasına baxmayaraq, razılaşma əldə etməyi planlaşdırır.
Aleks Telles 2020-ci ildə “Mançester Yunayted”ə keçib. 30 yaşlı braziliyalı ötən mövsümü icarə əsasında “Sevilya”da keçirib.
Qeyd edək ki, əvvəllər Telles və hazırda “Əl-Nəsr”in oyunçusu Ronaldo “Mançester Yunayted”də komanda yoldaşı olublar.