Əfsanəvi futbolçu   karyerasını başa vurdu
02 fevral 2023 18:14 (UTC +04:00)

Əfsanəvi futbolçu karyerasını başa vurdu

Tom Bredi artıq çoxsaylı pərəstişkarlarını dahiyanə oyunu ilə sevindirməyəcək. 

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, əfsanəvi yarımmüdafiəçi peşəkar futboldan getdiyini açıqlayıb.

45 yaşlı amerikalı futbolçu “Instagram” səhifəsində ötən mövsümün onun idman karyerasında sonuncu olduğunu bildirən video yayımlayıb.

"Sabahınız xeyir uşaqlar. Mən birbaşa mətləbə keçəcəyəm. Karyeramı başa vururam. Həmişəlik. Bilirəm ki, keçən dəfə proses olduqca çətin idi, ona görə də bu səhər oyananda qərara gəldim ki, əvvəlcə sizə xəbər verim.

Bu ətraflı olmayacaq. Siz karyeramı başa vurmağımla bağlı super emosional esse alacaqsınız - keçən il özümü tükəndirdim. Dəstəyinizə görə hər birinizə - ailəmə, dostlarıma, komanda yoldaşlarıma, rəqiblərimə təşəkkür edirəm. Bu siyahını sonsuza qədər davam etdirə bilərdim - qeyd etmək lazım olan çox insan var.

Mütləq arzumu həyata keçirməyimə icazə verdiyiniz üçün təşəkkür edirəm. Mən heç nəyi dəyişməzdim. Hamınızı sevirəm", - Bredi deyib.

Xatırladaq ki, NFL-də 23 mövsüm ərzində Tom Bredi iki komandada çıxış edib: “New England Patriots” (2000-2019) və “Tampa-Bay Buccaneers” (2020-2023). O, rekord 7 Superboul qalibi, 5 Superboul MVP və 3 NFL MVP qalibidir.

# 1590
avatar

Oxşar yazılar