Edin Dzeko
04 fevral 2021 09:06 (UTC +04:00)

Edin Dzeko

Edin Dzeko ayrılacağını qətiləşdirdi

“Roma”nın hücumçusu Edin Dzeko mövsümün sonunda İtaliya klubunu tərk edəcək.

Apasport.az saytının məlumatına görə, 34 yaşlı forvard özünü başqa çempionatda sınamaq niyyətindədir.

Baş məşqçi Paulo Fonseka ilə mübahisəyə görə bir müddət komandadan ayrı məşq edən Bosniya və Herseqovina millisinin üzvü artıq kollektivə qoşulub. Çalışdırıcı ilə arasındakı problemlər də həllini tapıb. Ancaq Dzeko yayda “canavarlar”la vidalaşacağını rəhbərliyə çatdırıb. A seriyası təmsilçisi müqavilə müddəti gələn ilin yayına qədər olan forvardı satışa çıxaracaq.

Qeyd edək ki, Edin Dzeko 2015-ci ildən “Roma”nın formasını geyinir.

# 1449
avatar

Oxşar yazılar