İspaniyanın qadın futbol klubu “Alsasua” komanda oyunçularının başına gələn insidentdən danışıb.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, klub nümayəndələrinin sözlərinə görə, naməlum şəxslər bazanın ərazisinə daxil olaraq, mobil telefonlar vasitəsilə pəncərədən duşda olan futbolçuların fotolarını çəkiblər. Baza işçiləri içəri girənləri görüb, sonra onlar maşına minib qaçıblar.
“Alsasua” hadisə ilə bağlı polisə məlumat verib və həmçinin futbolçularına dəstəyini bildirib. Klub bunun bir daha təkrarlanmaması üçün tədbirlər görəcəyini vəd edib.