Səudiyyə Ərəbistanı cəmi bir il ərzində qlobal futbol bazarını tanınmaz dərəcədə dəyişib.
Lent.az bildirir ki, bu barədə “Football.ua”nın materialında qeyd edilir. Jurnalistlər 2023-cü ilin yay transfer pəncərəsindən sonra futbolçuların maaşlarını hesablayıblar.
Məlum olub ki, hazırda dünyanın ən yüksək maaş alan beş futbolçusuna Səudiyyə Ərəbistanından olan dörd futbolçu daxildir. Üstəlik, ilk üç pullu futbolçu eksklüziv olaraq bu Yaxın Şərq ölkəsinin çempionatının təmsilçilərindən ibarətdir.
Müasir futbolda 5 ən böyük maaş alan oyunçu:
1. Ronaldo (“Əl-Nəsr”) 200 milyon dollar.
2. Neymar (“Əl-Hilal”) 150 milyon dollar.
3. Benzema (“Əl-İttihad”) 100 milyon dollar.
4. Mbappe (PSJ) – 57 milyon dollar.
5. Mahrez (“Əl-Əhli”) 52,7 milyon dollar.