Bildiyiniz kimi, ingilislər futbolun qurucuları və dünyanın ən çox futbol oynayan ölkələrindən biridir. Təkcə Londonda 20-yə yaxın peşəkar klub var.
Lent.az bildirir ki, ancaq bu gün on ən məşhur metropoliten klubu haqqında danışacağıq.
"Kuinz Park Reyncers"
Klub sonuncu dəfə 2013/14 mövsümündə Premyer Liqada çıxış edib. "Kuinz Park Reyncers"in qazandığı yeganə kubok 1967-ci ildə Futbol Liqası Kuboku olub. İndi komanda Çempionşipdə oynayır və Premyer Liqaya qayıtmaq üçün mübarizə aparır.
“Brentford”
“Brentford” son iki mövsümdür Premyer Liqada çıxış edir. “Brentford”un 133 yaşı olmasına baxmayaraq, bu paytaxt klubu öz tarixində bir dəfə də olsun kubok qazana bilməyib. O, ömrünün çox hissəsini kiçik liqalarda keçirib. Görək, klub bu mövsüm Premyer Liqadakı yerini qoruya biləcəkmi”.
“Uotford”
Ötən mövsüm klub turnir cədvəlini 19-cu pillədə başa vurub və Çempionşipa - aşağı liqaya düşüb. Premyer Liqaya qayıtmaq dərhal alınmayıb, görək elit diviziona nə qədər tez qayıtmağı bacaracaqlar. Bu klub 1984 və 2019-cu illərdə 2 dəfə İngiltərə Kubokunu qazana bilib.
“Çarlton”
Bu klub 2000-ci illərin əvvəllərində - 2000-2007-ci illərdə Premyer Liqada çıxış edib. Tarixi ərzində klub 1947-ci ildə İngiltərə Kubokunu qazana bilib. Onlar 2007-ci ildə Premyer Liqadan aşağı liqaya düşüblər və o vaxtdan elitaya qayıtmayıblar.
“Kristall Pelas”
Qartallar 2013-cü ildə Premyer Liqaya yüksəlib və o vaxtdan bəri Premyer Liqanı tərk etməyib. Hər mövsüm klub cədvəlin ikinci yarısında bitirir, lakin aşağı liqa zonasından təhlükəsiz yerdədir. Onlar 1990 və 2016-cı illərdə iki dəfə İngiltərə Kubokunu qazanıblar.
“Fulhem”
“Fulhem” ötən mövsüm Çempionşipdə birinci olub və Premyer Liqaya qayıdıb. Bu mövsümə yaxşı başlayıblar, ümid edək ki, burada çıxışlarını davam etdirə bilərlər. Tarixlərində heç bir kubok qazanmasalar da, 2010-cu ildə Avropa Liqasının finalına yüksələ biliblər.
“Vest Hem”
Komanda sonuncu dəfə 2012-ci ildə Çempionşipdə çıxış edib və artıq 10 ildir ki, fasiləsiz olaraq Premyer Liqada çıxış edir. Premyer Liqanın bir çox ulduzları karyeralarına bu klubda başlayıblar: Bobbi Mur, Harri Rednapp, Frank Lempard, Rio Ferdinand, Pol İnç, Cermeyn Defo, Co Koul, Maykl Kerrik və s. Onlar öz tarixlərində 3 dəfə İngiltərə Kubokunu, İngiltərə Super Kubokunu və hətta UEFA Kubok Qalibləri Kubokunu qazanıblar.
“Tottenhem”
1993-cü ildə Premyer Liqa yaradılıb və bütün bu müddət ərzində elit divizionda oynayıb, lakin heç vaxt çempionluğu qazana bilməyib. Baxmayaraq ki, 1951 və 1961-ci illərdə iki dəfə İngiltərə çempionu olublar. 2019-cu ildə Çempionlar Liqasının finalında oynayıblar. Və daha iki dəfə 1972 və 1984-cü illərdə UEFA Kubokunun qalibi olub.
“Çelsi”
Londonun ən əsas və titullu iki klubu “Çelsi” və “Arsenal”dır. Klubun Roman Abramoviç tərəfindən alınması ilə aristokratlar xüsusilə yaxşı oynamağa başlamışdılar. Onun pulu sayəsində klubun uğurlarına töhfə verən yüksək profilli transferlər olub. Onlar sonuncu dəfə 2017-ci ildə Premyer Liqanın qalibi olublar. Ümumilikdə 6 dəfə İngiltərə çempionu olublar. “Çelsi” də iki dəfə Çempionlar Liqasının qalibi olub.
“Arsenal”
Amma ən titullu London klubu “Arsenal”dır, baxmayaraq ki, onlar heç vaxt Çempionlar Liqasını götürməyiblər, lakin 13 dəfə çempionluq əldə ediblər. Sonuncu dəfə 2003/04 mövsümündə qalib gəliblər. Həmin mövsüm heç bir məğlubiyyət almadan çempion olublar.
İndi Premyer Liqanın 20 klubundan 7-si London təmsilçisidir, bu, olduqca maraqlıdır.