Dünya rekordçusu olan idmançı faciəvi şəkildə öldü
12 fevral 2024 16:45 (UTC +04:00)

Dünya rekordçusu olan idmançı faciəvi şəkildə öldü

Dünya marafon rekordçusu keniyalı Kelvin Kiptum avtomobil qəzasında dünyasını dəyişib.

Lent.az xarici mediaya istinadla bildirir ki, fevralın 11-də idmançının idarə etdiyi avtomobil Keniyanın Kaptaqata şəhəri yaxınlığında qəzaya uğrayıb. İdmançının idarəetməni itirərək ağaca çırpıldığı bildirilir. Avtomobildə Kiptumdan başqa daha iki sərnişin olub. Onun məşqçisi Gervais Hakizimana da dünyasını dəyişib. Daha bir qız isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.

8 oktyabr 2023-cü ildə Kiptum Çikaqo marafonunda məsafəni 2 saat 35 saniyəyə qət edərək dünya rekordu qırıb. Bundan əvvəl rekord onun həmyerlisi Eliud Kipçogeyə (2:01.09) məxsus olub.

O, 2023-cü il London marafonunun da qalibi olub.

Kiptum 2022-ci ildə İspaniyanın Valensiya şəhərində marafonda debüt edib və tarixdə məsafəni iki saat iki dəqiqədən az müddətdə qət edən üçüncü şəxs olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3576
avatar

Oxşar yazılar