Dünya çempionatında futbolçuların xanımlarına  QADAĞA
20 noyabr 2022 17:01 (UTC +04:00)

Dünya çempionatında futbolçuların xanımlarına QADAĞA

Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatında futbolçuların həyat yoldaşları və rəfiqələrinə qısa ətək və açıq-saçıq geyinmək qadağan olunub.

Lent.az-ın xəbərinə görə, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb.

Buna görə də İngiltərə yığmasının müdafiəçisi Luka Şounun rəfiqəsi Ansuke Santos, mərkəz hücumçusu Con Stounun rəfiqəsi Liv Neylor və yarımmüdafiəçisi Markus Reşfordun nişanlısı Lyusi Loy stilist Konni Consa müraciət ediblər.

Artıq bu xanımlar çemodanlarına qolları bağlı uzun paltarlar və uzun ətəklər yığıblar. Stilist həmçinin onlara boyun və çiyinlərini örtmək üçün matçlara “Gucci” və ya “Hermes” markasından şərf və şal aparmağı tövsiyə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3267
avatar

Oxşar yazılar