Dünya çempionatı tarixində ən çox üz-üzə gələn ölkələrin milliləri Braziliya-İsveç, Almaniya-Argentina və Almaniya-Yuqoslaviya/Serbiya olub.
Lent.az xəbər verir ki, bütün dünya çempionatınıda uğurla iştirak edən Braziliya ilə 12 dəfə kuboklarda meydana çıxan İsveç indiyədək 7 dəfə üz-üzə gəlib. Almaniya isə kubok tarixində Argentina və Yuqoslaviya/Serbiya ilə 7 dəfə qarşılaşıb.
Braziliya İsveçdən üstün olub
“Sambaçılar” İsveçlə keçirdiyi 7 oyunun 5-də qalib gəlib. İsveçin qalib gələ bilmədiyi qarşılaşmada hər iki görüş heç-heçə başa çatıb. Braziliya bu oyunlarda 21 qol vurub və qapısında 8 qol görüb. İki komanda 1938, 1950, 1958, 1978, 1990 və iki dəfə 1994-cü il dünya çempionatında qarşılaşıb. 1958-ci ildə finalda qarşılaşan iki ölkənin oyununda Braziliya 5-2 hesabı ilə qalib gələrək çempionluğa yüksəlib.
Tərəflərin keçirdiyi oyunlarda aşağıdakı nəticələr qeydə alınıb:
Kubok oyununun nəticələri
1938 Braziliya-İsveç - 4:2
1950 Braziliya-İsveç – 7:1
1958 Braziliya-İsveç – 5:2
1978 Braziliya-İsveç – 1:1
1990 Braziliya-İsveç – 2:1
1994 Braziliya-İsveç - 1:1
1994 Braziliya-İsveç - 1:0
Almaniya-Argentina rəqabəti
Kubok tarixində 4 dəfə xoşbəxt sona çatan Almaniya ilə 2 dəfə çempion olan Argentina dünyanın ən böyük futbol turnirində 7 dəfə qarşılaşıb. Bu görüşlərdən 4-də almanlar, birində isə Argentina qalib gəlib. İki görüş heç-heçə başa çatıb. 2006-cı ildə Almaniya 1:1 hesablı heç-heçə ilə başa çatan 1/4 final oyununda penaltilər seriyasında 4:2 hesabı ilə qalib gəlib. Almaniya bu oyunlarda 12 qol vurub. Argentina rəqibinə 5 qol vurub. Sözügedən 7 qarşılaşmadan 3-nün dünya çempionatının finalında baş tutması bu yarışı xüsusi edib. İki komanda 1986, 1990 və 2014-cü illərdəki final oyunlarında güclərini sınayıblar. Bu finallardan ikisini Almaniya, birini isə Argentina qazanıb.
İki komandanın mundialdakı oyunları və nəticələri belədir:
1958 Almaniya-Argentina – 3:1
1966 Almaniya-Argentina – 0:0
1986 Almaniya-Argentina – 2:3
1990 Almaniya-Argentina – 1:0
2006 Almaniya-Argentina – 1:1 (Penaltilərlə 4:2)
2010 Almaniya-Argentina – 4:0
2014 Almaniya-Argentina – 1:0 (Uzatmada)
Almaniya – Yuqoslaviya / Serbiya
Almaniyanın kubok tarixində ən çox qarşılaşdığı digər rəqib isə Yuqoslaviya/Serbiya olub. Yuqoslaviya ilə 6 oyun keçirən almanlar 4 qələbə qazanıb. Bir görüşlərdə Yuqoslaviya qalib gəlib, bir görüş isə heç-heçə başa çatıb. Serbiya isə 2010-cu ildə Almaniya ilə görüşdə qalib gəlib. Almanlar bu görüşlərdə 11 qol vurub, 5 top buraxıb.
Komandaların dünya çempionatında keçirdikləri oyunlar və nəticələr belədir:
1954 Almaniya-Yuqoslaviya – 2:0
1958 Almaniya-Yuqoslaviya – 1:0
1962 Almaniya-Yuqoslaviya – 0:1
1974 Almaniya-Yuqoslaviya – 2:0
1990 Almaniya-Yuqoslaviya – 4:1
1998 Almaniya-Yuqoslaviya – 2:2
2010 Almaniya-Serbiya - 0:1