"Bavariya" 2022-ci il dünya çempionatına göndərdiyi futbolçu sayına görə dünya lideri olub. Xatırladaq ki, noyabrın 20-də Qətərdə keçiriləcək 22-ci dünya çempionatı başlayacaq.
Lent.az bildirir ki, “Bayern & Germany”nın məlumatına görə, Almaniya çempionları mundiala ən çox oyunçu göndərir. Komandanın 17 oyunçusu Qətərdə öz ölkələrini təmsil edəcək.
"Barselona" dünya çempionatına bir futbolçu az göndərib. “Mançester Siti” Qətərdə oynamaq şansı olan 15 futbolçu ilə üçüncüdür.
Mançester klubundan sonra dördüncü yerdə 14 təmsilçi ilə “Yunayted”dir. İlk beşlikdə “Real”dır. Çempionlar Liqasının hazırkı qaliblərinin 13 futbolçusu DÇ-2022-yə yollanıb.