Döyüşməkdən qorxduğu müasir boksçunun  adını çəkdi
05 sentyabr 2024 17:36 (UTC +04:00)

Döyüşməkdən qorxduğu müasir boksçunun adını çəkdi

Mayk Tayson müasir ağır çəkidə boksçu olsaydı, heç vaxt Devid Benavideslə döyüşməyə razı olmazdı.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, keçmiş əfsanəvi boksçunun sözlərinə görə, Benavidesə qarşı döyüşdə rəqiblərdən heç birinin şansı yoxdur.

Eyni zamanda, Tayson amerikalını çox qiymətləndirilməyən boksçu hesab edir.

"Devid Benavides çox qiymətləndirilməyən boksçudur. Baxın, onun divizionunda olsaydım, onunla döyüşməkdən qorxardım. Ona qarşı heç kimin şansı yoxdur, bu, faktdır", - Mayk Tayson vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 588
avatar

Oxşar yazılar