Polşanın yeniyetmələrdən ibarət milli komandasının 4 futbolçusu dünya çempionatı başlamazdan əvvəl qeyri-idman davranışına görə komandadan qovulub.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Polşa Futbol İttifaqı xəbər yayıb.
Bundan əvvəl “meczyki.pl” saytı milli komandanın 4 futbolçusunun İndoneziyada təlim-məşq toplanışında sərxoş halda yaxalandığını iddia etmişdi. Qeyd olunur ki, futbolçular oteli icazəsiz tərk edib və sərxoş vəziyyətdə aşkarlanıblar. Futbolçulardan biri ağır kəllə-beyin travması alıb.
"Oskar Tomçik, Filip Rozqa, Yan Labedzki və Filip Volski Polşa millisindən ayrılıb", - Polşa Futbol İttifaqının açıqlamasında deyilir.
Yeniyetmələr arasında 2023-cü il dünya çempionatı 2023-cü il noyabrın 10-dan dekabrın 2-dək İndoneziyada keçiriləcək.