İtaliyanın "Roma" klubunun 29 yaşlı argentinalı hücumçusu Paulo Dibala "Yuventus"la maliyyə sövdələşməsinə görə bir ay müddətinə futboldan uzaqlaşdırıla bilər.
Lent.az bildirir ki, "La Repubblica"nın məlumatına görə, o, Turin klubundan 3 milyon avro alıb. Dibala dindirilib.
İtaliya prokurorluğu "Yuventus"un maliyyə fırıldaqları ilə bağlı araşdırmalarını davam etdirir.
“Yuventus” klubu keçmiş rəhbərliyin maliyyə fırıldaqları ilə bağlı A Seriyasında 15 xal itirib.
Paulo Dibala 2015-2022-ci illərdə "Yuventus"da çıxış edib.