DÇ-2022:   İngiltərədən inamlı start: İran darmadağın oldu
21 noyabr 2022 19:29 (UTC +04:00)

DÇ-2022: İngiltərədən inamlı start: İran darmadağın oldu

İngiltərə yığması dünya çempionatının qrup mərhələsinin ilk turunun oyununda İran yığmasını 6:2 hesabı ilə məğlub edib.

Lent.az-ın xəbərinə görə, İngiltərə millisində dublun müəllifi London “Arsenal”ının 21 yaşlı yarımmüdafiəçisi Bukayo Saka olub. Dortmund “Borussiya”sının 19 yaşlı yarımmüdafiəçisi Cud Bellinqem, “Çelsi”nin hücumçusu Rahim Sterlinq, “Mançester Yunayted”in 25 yaşlı hücumçusu Markus Reşford və “Mançester Siti”nin 27 yaşlı yarımmüdafiəçisi Cek Qriliş hərəyə bir dəfə fərqləniblər.

İran millisinin hər iki qolunu 65 və əsas vaxta artırlan 12-ci dəqiqədə penaltidən Mehdi Taremi vurub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2229
avatar

Oxşar yazılar