David Alaba, futbolçu
16 fevral 2021 18:02 (UTC +04:00)

David Alaba, futbolçu

David Alabanın qərarı qətidir, "Bavariya"dan gedəcək

0

Almaniyanın “Bavariya” klubunun müdafiəçisi David Alabanın mövsümün sonunda komandadan ayrılacağı dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, bunu klubun mətbuat xidmətinə 29 yaşlı futbolçu özü açıqlayıb.

O bildirib ki, karyerasında yeni mərhələyə başlamaq üçün münhenlilərlə vidalaşmaq qərarına gəlib: “Bu asan qərar deyildi. 13 ilimi burada keçirdim və “Bavariya” ürəyimə çox yaxındır”.

Qeyd edək ki, Alabanın mövsümün sonunda İspaniya klubu “Real”la 4 illik müqavilə imzalaması gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1621

Oxşar yazılar