Çox oyunçu aldığı üçün "Çelsi"dən şikayət etdilər
15 avqust 2023 15:31 (UTC +04:00)

Çox oyunçu aldığı üçün "Çelsi"dən şikayət etdilər

İngilis klubları “Çelsi”nin transferlərə böyük məbləğ xərcləməsindən Premyer Liqa rəhbərliyinə şikayət ediblər.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Premyer Liqa klubları “Çelsi”nin xərclərinin Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) maliyyə fair-play qaydalarına uyğun olmasından şübhələnirlər. Komandalar arasında londonlulara inamsızlıq artır.

Avqustun 14-də “Çelsi” “Brayton”un yarımmüdafiəçisi Moyzes Kaysedo ilə müqavilə imzaladığını elan etdi. Bu keçid Premyer Liqa tarixində rekord olub. Fair-play qaydalarından yan keçmək üçün londonlular son illərdə yeni gələnlərlə çoxillik müqavilələr imzalayırlar. Kaysedo ilə müqavilə də səkkiz il müddətinə imzalanıb. Transfer məbləği 133,5 milyon avro təşkil edib.

Komandanın yeni sahibi Todd Bouli bir neçə yüz milyonu oyunçu almağa xərcləyib. “Çelsi” qış transfer pəncərəsində liqanın ən çox xərcləyən klubu olub və komandanı rusiyalı iş adamı Roman Abramoviçdən aldıqdan sonra iki dəfə məşqçi dəyişib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1751

Oxşar yazılar