Çirkli havanın  şahmatçıların nəticələrinə   təsiri aşkarlandı
03 fevral 2023 14:47 (UTC +04:00)

Çirkli havanın şahmatçıların nəticələrinə təsiri aşkarlandı

Bir qrup alim havanın keyfiyyətinin şahmatçıların oyununun nəticələrinə təsirini üzə çıxarıb və müəyyən ediblər ki, çirklənmə daha çox səhvlərin edilməsinə səbəb olur.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Alimlər Almaniyada 2017, 2018 və 2019-cu illərdə keçirilən üç turnirdə iştirak edən 121 şahmatçının nəticələrini öyrəniblər. Prosesə 30 mindən çox şahmat gedişi daxil edilib. Yarışların keçirildiyi yerlərdə karbon qazının və havanı çirkləndirən PM2.5 incə hissəciklərinin səviyyəsini ölçən sensorlar quraşdırılıb.

Sonda belə qənaətə gəlinib ki, havada incə hissəciklərin miqdarının artırılması xəta ehtimalını 10,8 faiz artırır. Tədqiqatçılar qeyd ediblər ki, belə maddələr təkcə şahmatçılara deyil, həm də əqli işlə məşğul olan və çirklənmiş ərazilərdə işləyən insanlara mənfi təsir göstərir.

“Bu insanların məhsuldarlığına təsir edən havanın çirklənməsinə təsadüfən məruz qalmasıdır. Eyni raundda müqayisə oluna bilən rəqiblərə qarşı havanın keyfiyyətinin müxtəlif səviyyələrinin təsiri qəbul edilən qərarların keyfiyyətinə təsir edir”, - tədqiqatın müəlliflərindən biri Xuan Palasios bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1458
avatar

Oxşar yazılar