Çempion samboçu sevgilisinə görə intihar etdi
21 avqust 2024 18:55 (UTC +04:00)

Çempion samboçu sevgilisinə görə intihar etdi

Rusiyada yeniyetmə samboçu intihar edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə avqustun 20-də Novosibirskdə qeydə alınıb. 17 yaşlı idmançı qız yaşadığı evdə özünü öldürüb.

İddialara görə, buna səbəb sevgi münasibətləri olub. Belə ki, samboçu qız sevgilisini başqa qızla görüb. Onun bu səbəbdən depressiyaya düşdüyü və özünü öldürdüyü bildirilir.

Qeyd edək ki, yeniyetmə idmançı sambo üzrə yarışlarda qalib gələrək çempionluğa yüksəlib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 639
avatar

Oxşar yazılar