“Çelsi”nin yeni futbolçusu ukraynalı Mixail Mudrik “TikTok” videosunda irqçi dildən istifadə etdiyi üçün tənqid edilib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, klub rəhbərliyi Mudrikin pis niyyətinin olmadığını bildirib və futbolçunun sadəcə olaraq videoda amerikalı reper Lil Baby Freestaylın 2017-ci ildəki xitindən sitat gətiriblər.
London klubunun oyunçusunun nümayəndəsi baş verənlərə görə Mudrik adından üzr istəyib.
Yanvarın 15-də Mudrik 30 milyonu bonus şəklində olmaqla 100 milyon avroya “Çelsi”yə keçib. Londonlular sözün əsl mənasında ukraynalını “Arsenal”ın almasına imkan verməyiblər. Buna qədər futbolçu “Şaxtyor”un heyətində Ukrayna çempionatında çıxış edib.
Mudrikin “Çelsi” ilə müqaviləsi 8 il yarımdır.