“Çelsi”nin  baş məşqçisi   ola bilər
06 fevral 2023 13:48 (UTC +04:00)

“Çelsi”nin baş məşqçisi ola bilər

"Barselona"nın və İspaniya millisinin keçmiş baş məşqçisi Luis Enrike Londonun "Çelsi" klubunu çalışdırmağa hazırlaşır.

Lent.az bildirir ki, xarici mətbuatın yazdığına görə, klub rəhbərliyi Qrem Potterin başçılıq etdiyi komandanın nəticələrindən narazıdır və onu dəyişmək barədə düşünür. Eyni zamanda, Potterin işləri yaxşılaşdırmaq üçün hələ vaxtı var.

Xatırladaq ki, Enrikenin son iş yeri onun rəhbərliyi altında dünya çempionatının 1/8 finalına yüksələ bilən, Mərakeş komandasına uduzaraq turniri tərk edən İspaniya millisi olub.

"Çelsi" Premyer Liqada 21 oyundan sonra 30 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1446
avatar

Oxşar yazılar