“Çelsi” Neymarı öz sıralarına dəvət etmək istəyir.
Lent.az xarici mediaya istinadla bildirir ki, aristokratların rəhbəri Todd Bouli artıq Paris komandasının təmsilçisi Nasser Əl-Xelaifi ilə Neymarla bağlı görüş keçirib.
“Mavilər” 31 yaşlı braziliyalı futbolçu üçün 60 milyon avro ödəməyə hazırdır. Neymarın özü Fransa paytaxtında qalmaq istəyir. Lakin birbaşa olaraq klubun ona ehtiyacı olmadığını bildirsələr, o, PSJ-dən gedəcək.
Maraqlıdır ki, qış transfer pəncərəsi zamanı “Çelsi” ukraynalı Mudrikə Neymara təklif edilən puldan təxminən iki dəfə çox (100 milyon avro) ödəyib.