Qrem Potter tezliklə "Çelsi"nin baş məşqçi postunu tərk edəcək.
Lent.az bildirir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.
Qeyd olunur ki, bu il London klubu on görüşdə cəmi bir qələbə qazanıb.
Mənbənin məlumatına görə, Todd Boelinin rəhbərlik etdiyi London klubunun rəhbərliyi Premyer Liqanın 25-ci turunda “Tottenhem”ə məğlub olacağı təqdirdə britaniyalı mütəxəssisin mümkün qovulmasına baxacaq.
Xatırladaq ki, Potter 2022-ci ilin sentyabrında "Çelsi"yə rəhbərlik edib. London klubu hazırda 23 oyundan sonra 31 xalla Premyer Liqa cədvəlinin 10-cu pilləsində qərarlaşıb.