İngiltərənin “Çelsi” klubunun futbolçusu Abdul Rahman Baba karyerasını Yunanıstanda davam etdirəcək.
Apasport.az saytının məlumatına görə, müdafiəçi PAOK-a icarəyə verilib.
O, mövsümün sonunadək Saloniki təmsilçisində çıxış edəcək. Son yarım ildə Baba Deniel Drinkuoterlə birlikdə “Çelsi”nin gənclər komandasında keçirib.
Qeyd edək ki, 27 yaşlı qanalı futbolçu 2015-ci ildə “Çelsi”yə keçib.