İsveçrənin Lozanna şəhərindəki İdman Arbitraj Məhkəməsi (CAS) bu gün Rusiya komandalarının FIFA və UEFA-nın himayəsi altında keçirilən beynəlxalq yarışlardan kənarlaşdırılması ilə bağlı Rusiya Futbol İttifaqının (RFI) müraciətini rədd edib.
Lent.az xəbər verir ki, CAS-ın fikrincə, Rusiya millisinin və yerli klubların fəaliyyətini dayandırmaq qərarı "dünyada yarışların təhlükəsizliyini təmin etmək üçün ağlabatan idi".
Xatırladaq ki, ötən ilin fevralın 28-də Rusiya klubları və milli komandaları Ukraynada baş verən hadisələrə görə FIFA və UEFA-nın himayəsi altında keçirilən beynəlxalq yarışlardan kənarlaşdırılıb.
Qeyd edək ki, RFİ 30 gün ərzində FIFA və UEFA-nın çıxardığı qərardan İsveçrənin Ali Məhkəməsinə müraciət etməyi düşünür.