Serxio Busketsin gedişindən sonra "Barselona"nın yeni kapitanı kimin olacağı məlum olub.
Lent.az bildirir ki, İspaniya mətbuatının yazdığına görə, kapitan sarğısı komandanın digər veteranı - 2012-ci ildən kataloniyalıların heyətində çıxış edən Jordi Albaya keçəcək.
Busketsin hazırkı müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub və bu müqavilə başa çatdıqdan sonra mütləq klubdan ayrılacaq. Alba 2024-cü ilə qədər klubda çıxış edəcək.
14 turdan sonra "Barselona" İspaniya La Liqasının turnir cədvəlinə 37 xalla liderdir və "Real Madrid"i iki xal qabaqlayır.