Azərbaycanın MMA idmançısı UFC-də məğlub oldu  - YENİLƏNİB
19 mart 2023 05:50 (UTC +04:00)

Azərbaycanın MMA idmançısı UFC-də məğlub oldu - YENİLƏNİB

İngiltərənin paytaxtı Londonda “UFC-286” turnirində yüngül çəkidə azərbaycanlı döyüşçü Rafael Fiziyev və ABŞ təmsilçisi Castin Geyci arasında gözlənilən döyüş baş tutub.

Lent.az-ın məlumatına görə, döyüş hakimlərin 3 raundun yekunundan sonra verdiyi qərara əsasən Castin Geycinin qələbəsi ilə başa çatıb.

ABŞ təmsilçisi bununla çempionluq uğrunda mübarizəni davam etdirmək imkanı əldə edib.

***

18.03.2022

Saat 22:32

Bu gün Qazaxıstan doğumlu Azərbaycanın MMA idmançısı Rafael Fiziyev UFC-də çox vacib döyüşə çıxacaq.

Lent.az-ın xəbərinə görə, rəqib UFC-nin  yüngül çəkidə tanınmış döyüşçülərindən olan Castin Qeycidir.

Bu, "Ataman" ləqəbli Rafael Fiziyevin MMA-da 14-cü döyüşü olacaq. 30 yaşlı idmançı bunlardan 12-də qalib gəlib, cəmi 1-də məğlubiyyətlə barışıb. Son 6 döyüşdə qalib gələn Rafael bu qələbələrə UFC-dəki çıxışı zamanı nail olub.

34 yaşlı Castin Qeyci isə indiyədək peşəkar MMA-da 27 döyüşə çıxıb. O bunlardan 23-də qalib gəlib və 4-də məğlub olub. O ötən ilin mayın 7-də braziliyalı Şarlis Oliveyraya uduzub.

Qeyd edək ki, Böyük Britaniyanın paytaxtı Londonun "O2 Arena"sında keçiriləcək əsas döyüş gecəsi Bakı vaxtı ilə saat 01:00-dan etibarən başlayacaq. Bu döyüş sondan 2-ci qarşılaşma olacaq.

# 3621
avatar

Oxşar yazılar