Böyük Britaniyanın nümayəndələri boks üzrə qadınlar arasında dünya çempionatını boykot etmək qərarına gəliblər.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, boykot boksun gələcəyi ilə bağlı davam edən narahatlıq, həmçinin Beynəlxalq Boks Assosiasiyasının (Rusiya və Belarus idmançılarının milli simvollarla yarışmasına icazə verilməsi ilə bağlıdır.
Qeyd edək ki, qadınlar arasında boks üzrə dünya çempionatı martın 15-dən 25-dək Yeni Dehlidə keçiriləcək.