“Liverpul”un futbolçusu Tayler Morton karyerasını Almaniyada davam etdirə bilər.
Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, Dortmund “Borussiya”sı yarımmüdafiəçi növbəti mövsümdən heyətində görmək istəyir.
20 yaşlı istedadı izləyən Bundesliqa klubu transferi 2023-cü ilin yayında gerçəkləşdirməyi planlaşdırır. “Liverpul”un yetirməsi hazırda “Blekbern”də icarədədir. O, cari mövsümün 21 matçında 2 assistə imza atıb.
Qeyd edək ki, Mortonun transfer qiyməti 5 milyon avro ilə dəyərləndirilir.